Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Yevlax Rayon Mərkəzi Xəstəxanası yanır - İçəridə 40-dək xəstə qalıb - YENİLƏNİB

15:15, 27.07.17
azerbaycan, hadise
Yevlax Rayon Mərkəzi Xəstəxanası yanır - İçəridə 40-dək xəstə qalıb - YENİLƏNİB

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın davam edir.

Xeberpress.az report-a istinadən xəbər verir ki, yanğının genişlənməsi təxliyə prosesini çətinləşdirir.

Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

----------

15:05

İlkin məlumatlara görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı heç kim xəsarət almayıb.

Xeberpress.az bildirir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı xəstəxanadakı bütün xəstələr və işçilər təxliyə edilib. Artıq yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, bu ildən ölkə ərazisində ilk dəfə olaraq, icbari tibbi sığorta sistemi Yevlax və Mingəçevirdə həyata keçirilir. Bununla əlaqədar Mingəçevir şəhəri və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla