Valyuta məzənnəsi

Ana iki övladı ilə özünü qatarın altına atıb - YENİLƏNİB

09:49, 26.07.17
azerbaycan, hadise
Ana iki övladı ilə özünü qatarın altına atıb - YENİLƏNİB

Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.

Xeberpress.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da orada qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çoxlu sayda polis əməkdaşı gəlib. Hadisə yerində araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

-----------

08:27

Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib. Xeberpress.az APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla