Valyuta məzənnəsi
Xəbər lentİ

Yaponiyanın baş nazirinin xanımı Tramp ilə danışmamaq üçün 2 saatlıq şam yeməyində susub

09:09, 21.07.17
azerbaycan, dunya
Yaponiyanın baş nazirinin xanımı Tramp ilə danışmamaq üçün 2 saatlıq şam yeməyində susub

Hamburqda keçirilən G20 sammiti çərçivəsində maraqlı anlar yaşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Yaponiyanın baş nazirinin xanımı Ekie Abe ABŞ prezidenti Donald Tramp ilə danışmamaq üçün 2 saatlıq şam yeməyində susub.

D.Tramp ona salam belə verməyən xanımın ingilis dilində bilmədiyini düşünsə də, Ekienin həmin dildə sərbəst danışdığı sonradan bəlli olub.

Yadda qalan məqamlardan biri də Polşa prezidentinin xanımının Donaldın əlini sıxmaqdan imtina etməsi olub.

Qeyd edək ki, iyulun 7-də Almaniya baş naziri Angela Merkelin ev sahibliyi etdiyi sammitdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının lideri Si Cinpin, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kanada baş naziri Castin Trüdo, Hindistan baş naziri Narendra Modi, İndoneziya baş naziri Joko Vidodo, Avstraliya baş naziri Malkolm Ternbull, Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən Yaponiya, Argentina, Braziliya, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı və Cənubi Afrikanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının rəhbərlər şəxsləri iştirak edib.

Yaponiyanın baş nazirinin xanımı Tramp ilə danışmamaq üçün 2 saatlıq şam yeməyində susub
Yaponiyanın baş nazirinin xanımı Tramp ilə danışmamaq üçün 2 saatlıq şam yeməyində susub
Yaponiyanın baş nazirinin xanımı Tramp ilə danışmamaq üçün 2 saatlıq şam yeməyində susub

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla