Valyuta məzənnəsi
Xəbər lentİ

DİM-in adı ilə saxta səhifələr yaradılıb - Dövlət İmtahan Mərkəzi

10:40, 19.07.17
azerbaycan, cemiyyet
DİM-in adı ilə saxta səhifələr yaradılıb - Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi sosial şəbəkədə bu qurumun adı ilə fəaliyyət göstərən səhifə və profillərlərlə bağlı açıqlama verib.

Xeberpress.az xəbər verir ki, DİM-dən Trend-ə verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar və DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər "İnstagram" şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillərin fəaliyyət göstərdiyini göstərir:

“Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Nəzərinizə çatdırırıq ki, DİM-in “İnstagram” sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Buna görə də xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla