Valyuta məzənnəsi
Xəbər lentİ

Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə

10:30, 18.07.17
azerbaycan, cemiyyet
Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.

Xeberpress.az baku.ws-yə istinadən xəbər verir ki, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.

"Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb", - deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.

Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla