Valyuta məzənnəsi

Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək - Bəyanat

09:19, 18.07.17
azerbaycan, dunya
Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək - Bəyanat

İraq və Suriya ərazisindən Türkiyə ərazisinə təhlükə mənbələri aşkar olunarsa, yaxud birbaşa hücum olarsa Ankara beynəlxalq hüquq normaları çərçivəsində bütün zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcək.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək: "Bir daha vurğulayırıq ki, YPG terrorçularının fəaliyyətini qanuniləşdirmək cəhdi İŞİD terrorçuları ilə mübarizə kimi əsaslandırıla bilməz".

Bildirilir ki, terror təşkilatlarına qarşı ikili standartlar siyasətindən imtina etmədən, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla