Valyuta məzənnəsi

"Məmmədyarov-Nalbəndyan görüşündə biz artıq diktə edən, sorğu aparan tərəf kimi Ermənistan tərəfinin mövqeyini öyrənə bilərik" - Arzu Nağıyev

11:22, 12.07.17
azerbaycan, siyaset
"Məmmədyarov-Nalbəndyan görüşündə biz artıq diktə edən, sorğu aparan tərəf kimi Ermənistan tərəfinin mövqeyini öyrənə bilərik" - Arzu Nağıyev

ATƏT-in Minsk Qrupu bu görüşdən sonra yeni bəyanat verə bilər.

Xeberpress.az xəbər verir ki, bu sözləri politoloq Arzu Nağıyev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu gün gözlənilən görüşünü Axar.az-a şərh edərkən deyib. Ekspert kəşfiyyat xarakterli bu görüşün böyük əhəmiyyətə malik olduğunu bildirib:

“Bu görüş Füzulinin Alxanlı kəndində baş vermiş hadisə ilə əlaqədar olaraq ATƏT-in Minsk Qrupunun, ATƏT-ə üzv olan bir sıra dövlətlərin, o cümlədən ABŞ-ın və s. ölkələrin verdiyi bəyanatlardan sonra baş tutur. Son vaxtlar Azərbaycanda olan səfirliklər vasitəsilə Ermənistana müəyyən mesajlar da verilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı məhz bu ərəfədə işğalçı və təxribat törədən tərəf kimi qeyd ediblər”.

Politoloq bildirib ki, Azərbaycan tərəfi öz mövqeyindən dönməyəcək:

“Bizim ərazi bütövlüyümüz birinci şərtdir. Kazan protokolları, Sankt- Peterburq görüşləri, Vyana protokolları, Madrid prinsipləri də öz gücündə qalır. Bu görüşdə biz artıq diktə edən, sorğu aparan tərəf kimi Ermənistan tərəfinin mövqeyini öyrənə bilərik”.

Qeyd edək ki, bu gün Avstriyada ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi mərasimi çərçivəsində Elmar Məmmədyarov və Nalbəndyanın görüşü gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla