Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Ermənistan və Rusiya sərhədçilərinin Dağlıq Qarabağda təlimlər keçməsi barədə məlumatı araşdırır

14:00, 11.07.17
azerbaycan, siyaset
Azərbaycan Ermənistan və Rusiya sərhədçilərinin Dağlıq Qarabağda təlimlər keçməsi barədə məlumatı araşdırır

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır.

Xeberpress.az xəbər verir ki, bunu Trend-in müraciətini cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl,erməni KİV-ləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini bildirmişdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla