Valyuta məzənnəsi
Xəbər lentİ

Zəhranın ölümündən öncəki son görüntüləri yayılıb

14:41, 06.07.17
azerbaycan, hadise
Zəhranın ölümündən öncəki son görüntüləri yayılıb

İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Xeberpress.az Milli.Az-a istinadən xəbər verir ki, 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev unikal.org-a son dəfə Zəhra və anası ilə sevincli bir videosunu göndərib.
Video görüntüdə Elnurun anası Zəhranı oğlu və öz arasında seçim etməyə çağırır. Zəhra atasını qucaqlayaraq nənəsinə getmir.

Elnur göz yaşları ilə bu faciəni xatırlayacağını, düşməndən anası və qızının qisasını tez-gec alacağını deyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla