Valyuta məzənnəsi
Xəbər lentİ

Fuad Muradov bütün gənclər təşkilatlarını avropalı deputatlara müraciət etməyə ÇAĞIRDI

15:48, 05.07.17
azerbaycan, siyaset
Fuad Muradov bütün gənclər təşkilatlarını avropalı deputatlara müraciət etməyə ÇAĞIRDI

Dünya birliyinin Ermənistanın işğalçılıq siyasətini dəfələrlə pisləməsinə, beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı bir sıra qətnamə və digər sənədlərin qəbul edilməsinə baxmayaraq, ermənilərin qatı millətçi və işğalçılıq siyasəti davam edir. Xüsusilə son zamanlar işğalçı dövlətin cəbhədə atəşkəsi tez-tez pozması, mülki azərbaycanlılara qarşı təxribatlar törətməsi halları müşahidə edilir.

Füzulinin Alxanlı kəndində baş verən son hadisə Ermənistanın işğalçılıq siyasətini, erməni vandalizmini bir daha dünyaya sübut etdi.

Belə ki, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artilleriya qurğularından atəşə tutublar. Ermənistan hərbi qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb, mülki obyektlərə zərər dəyib.

Xeberpress.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Ermənistanın bu vandalizm aktı ilə bağlı ölkəmizdə, eyni zamanda, dünyada fəaliyyət göstərən bütün gənclər təşkilatlarına müraciət edib.

Mürüciətdə bildirilib ki, aşağıdakı linkə daxil olmaqla ermənilərin Füzulidə törətdiyi vəhşiliyi Avropa Parlamentində fəaliyyət göstərən deputatlara çatdırmaq lazımdır.

http://www.europarl.europa.eu/meps/en/full-list.html

Fuad Muradov avropalı deputatlara müraciətin yollarını da göstərib. O, bildirib ki, saytda deputatların adları əlifba sırası ilə qeyd edilib. Sağ tərəfdə deputatın adının yanında düymə var və onların e-mail ünvanları qeyd edilib. Həmin düymə vasitəsilə avropalı deputatlara elektron məktub göndərmək olar.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri bütün gənclər təşkilatlarının rəhbərləri və üzvlərinə çağırış edərək, onları bu linkə daxil olaraq, avropalı deputatlara müraciət etməyə səsləyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla