Valyuta məzənnəsi
Xəbər lentİ

Sabahın hava proqnozu

13:32, 04.07.17
azerbaycan, cemiyyet
Sabahın hava proqnozu

Sabah Azərbaycanda hava şəraiti yağmursuz olacaq.

Xeberpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 21-25° isti, gündüz 34-39° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Xəbərdarlıq

İyulun 5-i günün ikinci yarısından 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 5-i günün ikinci yarısından 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında iyulun 5-də hava şəraiti yağmursuz olacaq, qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Xəbərdarlıq

İyulun 5-i gündüzdən 8-i səhərədək bəzi rayonlarda şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8-də 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla