Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdini təbrik edib

14:00, 23.06.17
azerbaycan, siyaset
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, belə möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.

Fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla