Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün Tehranda silahlı hücumlar zamanı 8 nəfər ölüb

12:32, 07.06.17
azerbaycan, hadise
Bu gün Tehranda silahlı hücumlar zamanı 8 nəfər ölüb

Bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücum zamanı ölənlərin sayı açıqlanıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.

Ölənlərin sayı rəsmi dairələr tərəfindən hələ təsdiqlənməyib.

Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

İran Daxili İşlər Nazirliyi vəziyyətin nəzarət altında olduğunu, narahatlığa əsas olmadığını bəyan edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla