Valyuta məzənnəsi
Xəbər lentİ

Ərdoğan Qətərin ətrafında yaranan siyasi qalmaqalı şərh edib

09:00, 07.06.17
azerbaycan, dunya
Ərdoğan Qətərin ətrafında yaranan siyasi qalmaqalı şərh edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin ətrafında yaranan siyasi qalmaqalı şərh edib.

Xeberpress.az-ın məlumatına görə, Trend-in türk KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti ərəb ölkələrinin Qətərə qarşı göstərdiyi münasibəti pisləyib və tərəfləri dialoqa çağırıb.

Ərdoğan bildirib ki, baş verən hadisələr regiondakı bütün ölkələrə ziyan vuracaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla