Valyuta məzənnəsi
Xəbər lentİ

Sarkisyan baş nazirin istefasını qəbul etmədi

15:00, 06.06.17
azerbaycan, dunya
Sarkisyan baş nazirin istefasını qəbul etmədi

Ermənistanın baş naziri Karen Karapetyan iki dəfə istefa vermək üçün müraciət etsə də, prezident Serj Sarkisyan bundan imtina edib.

Xeberpress.az azvsion.az-a istinadən xəbər verir ki, "bu barədə Joğovurd" nəşri məlumat yayıb.

İddia edilir ki, Sarkisyanın təkidindən sonra baş nazir öz postunda qalıb.

Məlumata görə, Karapetyan vəzifəsində qısa müddət qalacaq. Hakim Respublika partiyası artıq Ermənistan cəmiyyətini baş nazir dəyişikliyinə, Serj Sarkisyanın təyinatına hazırlayır.

Təsadüfi deyil ki, dünən Ermənistan parlamentinin vitse-spikeri, Respublika partiyasının sözcüsü Eduard Şarmazanov bildirib ki, parlament seçkilərinin nəticəsi kimi 2022-ci ilə qədər xalq hökümətin formalaşmasını və baş nazirin təyinat hüququnu Respublika partiyasına verib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla