Valyuta məzənnəsi
Xəbər lentİ

Ali məktəblərin magistratura səviyyəsinə qəbul planı artırılıb

10:20, 06.06.17
azerbaycan, cemiyyet
Ali məktəblərin magistratura səviyyəsinə qəbul planı artırılıb

2017-2018-ci tədris ili üçün ali məktəblərin magistratura səviyyəsinə qəbul planı artırılıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7709 plan yeri ayrılıb. Bunlardan 5541 yer (71.88%) Azərbaycan bölməsi, 702 yer (9.11%) rus bölməsi, qalan 1466 yer (19.01 %) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Qəbul planı üzrə yerlərin 6535-i dövlət (84.77 %), 1174-ü (15.23%) isə özəl ali təhsil müəssisələrinin payına düşür. Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 2408-dir.

Qeyd edək ki, 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85%), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1395 (18.95%) yer olmaqla ümumilikdə 7362 plan yeri ayrılmışdı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla