Valyuta məzənnəsi
Xəbər lentİ

Məhərrəm Əliyev yüksək vəzifəyə təyinat aldı - Ədliyyə nazirinin müavini oldu

16:16, 05.06.17
azerbaycan, cemiyyet
Məhərrəm Əliyev yüksək vəzifəyə təyinat aldı - Ədliyyə nazirinin müavini oldu

General-leytenant Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Məhərrəm Əliyev ədliyyə nazirinin müavini vəzifəsini tutacaq.

Bundan əvvəl o, Bakı Şəhər Baş Polis İdarəsinin rəsi, Azərbaycanın Özbəkistan respublikasındakı səfiri postlarında çalışıb.

M.Əliyevin axırıncı vəzifəsi Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri postu olub. Ancaq Prezident Administrasiyasında baş verən struktur dəyişikliyi zamanı onun tutduğu şöbə ləğv edilib.

M.Əliyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

O, 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Musavat.com

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla