Valyuta məzənnəsi
Xəbər lentİ

Parlamentin aqrar siyasət komitəsinin iclasında bir sıra qanunlara təklif olunan dəyişiklər müzakirə edilib

13:51, 31.05.17
azerbaycan, cemiyyet
Parlamentin aqrar siyasət komitəsinin iclasında bir sıra qanunlara təklif olunan dəyişiklər müzakirə edilib

Mayın 31-də Milli Məclisin aqrar siyasət komitəsinin yaz sessiyasının son iclası keçirilib.

XEBERPRESS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə komitənin sədr müavini Eldar Quliyev gündəlik barədə məlumat verib.

Gündəliyə "Atçılıq haqqında", "Damazlıq heyvandarlıq haqqında" və "Tütün və tütün məmulatı haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxildir.

Bildirilib ki, "Atçılıq haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq "Atçılıq haqqında" Qanununda istinad olunan, eləcə də məsuliyyəti müəyyən edən qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə hazırlanıb.

Belə ki, dəyişiklikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin konkret adı göstərilir. Bu Məcəllənin 284-cü maddəsində atçılıq qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyənləşdirilib.

"Damazlıq heyvandarlıq haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi "Atçılıq haqqında" Azərbaycan Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 425-VQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq "Damazlıq heyvandarlıq haqqında" Qanununda istinad olunan, eləcə də məsuliyyəti müəyyən edən qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə hazırlanıb.

Belə ki, dəyişiklikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin konkret adı göstərilir. Bu Məcəllənin 283-cü maddəsində damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilib.

Sənədin mübahisələrin həlli maddəsinə təklif olunan redaksiyaya əsasən damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir.

"Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi "Lotereyalar haqqında" Azərbaycan Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 481-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə hazırlanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla