Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi - YENİLƏNİB

12:18, 27.05.17
azerbaycan, maqazin
Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi - YENİLƏNİB

Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.

Xeberpress.az xəbər verir ki, bu barədə femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayrağı Meydanından start götürən "28 MAY - Respublika günü"nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.

------------

11:14

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü şərəfinə DTX tərəfindən təşkil olunmuş vətənpərvərlik yürüşündən əvvəl keçirilmiş konsertdə müğənni Aygün Kazımova da çıxış edib.

Xeberpress.az virtualaz-a istinadən xəbər verir ki, Aygün Kazımova bir neçə vətənpərvərlik ruhunda yazılmış mahnı ifa edib və gözlənilmədən səhnədən deyib ki, DTX-nın solisti olmaq arzusundadır.

Tədbirdə iştirak edən DTX rəhbərliyi müğənniyə cavab olaraq bildirib ki, o artıq özünü Dövlət Təhlükəsizlik Xidmətinin solisti hesab edə bilər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla