Valyuta məzənnəsi

Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır

10:40, 23.05.17
azerbaycan, hadise
Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Trend-in yerli polisin "Twitter" hesabına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 22 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla