Valyuta məzənnəsi
Xəbər lentİ

IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Bakı Metropoliteni xüsusi hazırlıq tədbirləri görüb

15:30, 22.05.17
azerbaycan, cemiyyet
IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Bakı Metropoliteni xüsusi hazırlıq tədbirləri görüb

IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

Xeberpress.az xəbər verir ki, bunu AzVision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bu gün də Bakı metrosu saat 2-yə kimi işləyəcək:

“Açılışda ehtiyac olduğu üçün 02:40-a qədər işlədik. Əgər bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər”.

Qeyd edək ki, bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla