Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan milli komandasının tarixi QƏLƏBƏSİ

11:27, 22.05.17
azerbaycan, idman
Azərbaycan milli komandasının tarixi QƏLƏBƏSİ

Futbol üzrə Azərbaycan milli komandası ötən gün IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Xeberpress.az Milli.Az-a istinadla xəbər verir ki, 23 yaşadək milli komandamız finalda Oman milli komandası ilə qarşılaşıb.

Görüşə fəal başlayan Azərbaycan millisi 17-ci dəqiqədə istəyinə nail olub. Millimizin futbolçusu Mahir Mədətov rəqib komandanın qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb - 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində komandamız ikinci topu rəqib qapısından keçirməyə yaxın olsa da, top çərçivədən keçməyib.

Oman millisinin qapısına təyin olunmuş cərimə zərbəsini Mahir Mədətov dəqiq yerinə yetirə bilməyib. Lakin beş dəqiqə sonra Mahir Mədətov özünün və komandasının ikinci qolunu vurub - 2:0. Qarşılaşmanın 56-cı dəqiqəsində rəqib komandanın futbolçusu Salaah Əl-Yahyai hesab arasındakı fərqi azaldıb - 2:1. Lakin bu, matçda vurulan son qol olub və Azərbaycan millisi tarixində ilk dəfə beynəlxalq miqyaslı turniri çempion kimi başa vurub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla