Valyuta məzənnəsi

Nazirlikdə ixtisarların başlanması ilə bağlı yayılan məlumatlara RƏSMİ AÇIQLAMA

11:11, 22.05.17
azerbaycan, cemiyyet
Nazirlikdə ixtisarların başlanması ilə bağlı yayılan məlumatlara RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi (FHN) ixtisarlar barədə məlumatlara münasibət bildirib.

Xeberpress.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, bəzi KİV-də FHN-də ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb.

"FHN mətbuat xidməti bildirir ki, hələ 2016-cı ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

Bu fərmana əsasən, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etdikdən sonra prezident İlham Əliyevin 2017-ci il 19 aprel tarixli fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub.

Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur", - deyə məlumatda qeyd olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla