Valyuta məzənnəsi

Bakının bu avtomobil yolunda hərəkət məhdudlaşdırılır

16:04, 18.05.17
azerbaycan, cemiyyet
Bakının bu avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Xeberpress.az xəbər verir ki, “Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddətə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla