Valyuta məzənnəsi
Xəbər lentİ

Nehrəm kəndindəki “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb

11:11, 16.05.17
azerbaycan, bolge
Nehrəm kəndindəki “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindəki İslam mədəniyyətinin nadir nümunələrindən olan “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bərpa işlərindən sonra milli memarlıq quruluşu ilə göz oxşayacaq türbənin ətrafında yaşıllıq salınacaq, işıqlandırma sistemi quraşdırılacaq.

Nehrəm “İmamzadə”si türbə, təkyə və yardımçı binalardan ibarətdir. Əhali arasında yayılan rəvayətə görə, İmamzadədəki qəbirdə yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.

Sakinlər İmamzadənin bərpasını dünya və İslam mədəniyyətinə, ümumilikdə, bəşər sivilizasiyasına verilən töhfə kimi dəyərləndirirlər.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan şəhərində və Şərur rayonunun Xanlıqlar kəndindəki imamzadələr də bərpa edilib.

Nehrəm kəndindəki “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb
Nehrəm kəndindəki “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb
Nehrəm kəndindəki “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla