Valyuta məzənnəsi

Bakıdakı İslamiada mədəniyyətlərarası dialoqu möhkəmləndirir - Amerikalı ekspet

13:57, 15.05.17
azerbaycan, siyaset
Bakıdakı İslamiada mədəniyyətlərarası dialoqu möhkəmləndirir - Amerikalı ekspet

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları eyni arenada çox sayda müxtəlif xalqların nümayəndələrinin bir arada toplamağın gözəl nümunəsidir və bu idman tədbiri mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə kömək edir.

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Markett Universiteitinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

O qeyd edib ki, yarışlar çərçivəsində İndoneziya, Türkiyə, Özbəkistan, eləcə də müxtəlif ölkələrin idmançıları öz güclərini göstərmək və ölkələrinə qızıl, gümüş, bürünc medallar aparmaq imkanları qazanıblar.

P.Teys vurğulayıb ki, Azərbaycan böyük tədbirlərin təşkilində əla bacarığını artıq çoxdan göstərib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla