Yükləmə gedir gözləyin...
Azərbaycan atıcısı finala yüksəlib - Bakı-2017
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 50 metr məsafədən tapança ilə atəş açma yarışının finalçıları müəyyənləşib.
Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan atıcısı Rəsul Məmmədov 538 xalla finala yüksəlib.
Digər təmsilçimiz Rəhim Rəhimov təsnifatda mübarizəni dayandırıb, Ruslan Lunyov isə yarışa qatılmayıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Oxşar xəbərlər: