Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib

09:19, 02.05.17
azerbaycan, dunya
Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, yayılan xəbərdarlıqda deyilir ki: "Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropada terror hücumları təhlükəsinin qalması barədə xəbərdarlıq edir. Bu xəbərdarlıq müddəti 2017-ci il sentyabrın 1-i başa çatır".

Bundan əlavə xəbərdarlıqda deyilir ki: "Fransada, Rusiyada, İsveçdə, Böyük Britaniyada son məlum insidentlər göstərir ki, İŞİD-in, Əl-Qaidənin və onlarla bağlı qruplaşmaların Avropada terror hücumları planlaşdırmağa və həyata keçirməyə imkanları var".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla