Valyuta məzənnəsi
Xəbər lentİ

AŞ PA-nın Türkiyə ilə bağlı qərarı demokratiyaya xidmət etmir

13:53, 27.04.17
azerbaycan, dunya
AŞ PA-nın Türkiyə ilə bağlı qərarı demokratiyaya xidmət etmir

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Türkiyədə demokratiyanın xeyrinə qəbul olunmuş bir qərar deyil.

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin keçmiş Aİ işləri üzrə naziri Egemen Bağış deyib.

Onun sözlərinə görə, AŞ PA-nın bu qərarı Türkiyəyə qarşı çalışan lobbiçilərin işidir. “Artıq uzun müddətdir ki, Avropa ölkələrində antitürkiyə lobbisi mövcuddur. Onlar Avropa ölkələrinin parlamentlərində Türkiyə barədə dezinformasiya yayırlar”.

Keçmiş nazir qeyd edib ki, Türkiyə ilə münasibətləri möhkəmləndirmək əvəzinə AŞ PA müəyyən qüvvələrin təsiri altında bu qərarı qəbul edib. O, bu qərarın gözlənilməz olmadığını deyib.

E.Bağış vurğulayıb ki, Türkiyə bu lobbiyə qarşı işini davam etdirməlidir və Avropanı bu ölkədəki reallıqlarla tanış etməlidir.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla