Valyuta məzənnəsi
Xəbər lentİ

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır - İƏT-in Baş katibi

16:00, 24.04.17
azerbaycan, siyaset
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır - İƏT-in Baş katibi

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vacib addımdır və qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır.

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.

Onun sözlərinə görə, qadınların imkanlarının artırılması İƏT-in əsas hədəflərindəndir və bu, təşkilatın onillik fəaliyyət proqramında öz əksini tapıb.

Baş katib qeyd edib ki, İƏT-in onillik fəaliyyət proqramı təşkilatın üzv dövlətlərində qadınların qərar qəbul etmə prosesinə cəlb edilməsinin modelidir.

Yusif bin Əhməd əl-Usaymin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra ona təbrik məktubu ünvanladığını bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla