Valyuta məzənnəsi
Xəbər lentİ

Nardaran hadisələrinə görə saxlanılanlar barəsində qərar verildi.

12:24, 28.11.15
azerbaycan, cemiyyet
Nardaran hadisələrinə görə saxlanılanlar barəsində qərar verildi.

Nardaran hadisələrinə görə saxlanılanlar barəsində dünən həbs qətimkan tədbiri seçilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər. Məlumata görə, onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Noyabrın 26-da Nardaranda həyata keçirilən əməliyyat zamanı həbs olunan şəxslərə qarşı artıq ittihamlar irəli sürülüb. Saxlanılan şəxslər Cinayət Məcəlləsinin bir çox maddəsi ilə ittiham olunur.

İttiham irəli sürülən maddələr bunlardır:
120.2.1 – Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
120.2.3. – Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
120.2.7. – İki və ya daha çox şəxsi öldürmə;
214.2.1. – Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.3. – Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;
220.2. – Kütləvi iğtişas, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə;
228.3. – Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə;
233. – İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və sairə.

Bir neçə gün öncə günorta saatlarında Nardaranda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə islamçı ekstremistlər arasında atışma olub. Atışmada "Kalaşnikov" avtomatlarından və qumbaralardan istifadə edilib.Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Qarşıdurma zamanı 4 yerli sakinin və 2 polis əməkdaşının həyatını itirməsi ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb
Nardaran hadisələri zamanı həlak olan iki polis ötən gün Bakıda, II Fəxri Xiyabanda dəfn edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla