Valyuta məzənnəsi
Xəbər lentİ

Deputatlara hədiyyə almaq qadağan olunur - YENİLƏNİB

15:47, 19.04.17
azerbaycan, cemiyyet
Deputatlara hədiyyə almaq qadağan olunur - YENİLƏNİB

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsinin məzmunu açıqlanıb.

Xeberpress.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, yeni qanun layihəsi 13 maddədən ibarətdir.

Qanun layihəsində deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.

Layihə parlament tərəfindən hazırlanıb, sabah Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.

----------

12:26

"Azərbaycan Respublikası Milli Məclisinin deputatının etik davranışı haqqında" yeni qanun layihəsi sabah parlamentdə müzakirəyə çıxarılır.

Xeberpress.az APA-ya istinadən xəbər verir ki, layihə parlamentin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin birgə iclasında müzakirə olunacaq.

Qanun layihəsində deputatların etik davranışlarının tənzimlənməsi ilə bağlı müddəalar əksini tapıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla