Valyuta məzənnəsi
Xəbər lentİ

Milli qəhrəman Mübariz İbrahimov haqqında çəkiləcək filmdə məşhur aktyorlar rol alacaq

15:49, 18.04.17
azerbaycan, medeniyyet
Milli qəhrəman Mübariz İbrahimov haqqında çəkiləcək filmdə məşhur aktyorlar rol alacaq

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filminin tizeri yayımlanıb.

Keyfiyyətli ekşn səhnələrlə sosial şəbəkələrdə marağa səbəb olan tizer filmin böyük əks-səda doğuracağını deməyə əsas verir.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tizer İstanbulda “İst Film” çəkiliş qrupu tərəfindən peşəkar kaskadyorlarla çəkilib.

Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycandan məşhur aktyorların filmdə rol alması gözlənilir. Ekşn səhnələr üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb.

Film Azərbaycanda çəkiləcək. Ssenarinin əsas hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün yaxın günlərdə “İst

Film”in yaradıcı qrupu Bakıya gələcək.

Filmin ssenaristləri Türkiyədən Ali Doğançay, Azərbaycan Rəşad Süleymanoğludur.

Hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq.

Ekran əsərinin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla