Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycanda 12 rayonun ərazilərinin bələdiyyə xəritələri hazırlanır

11:10, 17.04.17
azerbaycan, iqtisadiyyat
Azərbaycanda 12 rayonun ərazilərinin bələdiyyə xəritələri hazırlanır

2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilib, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib.

Xeberpress.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Komitənin bu ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirilib.

Müşavirədə həmçinin qeyd olunub ki, elektron kadastr uçotu işləri yekunlaşıb, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir.

Bildirilib ki, 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinə başlanılıb. Bu işlər ilin sonunadək tam yerinə yetiriləcək. 2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt formalaşdırılıb, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Komitə tərəfindən də bir sıra işlər həyata keçirilir. 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülüb.

“Aqropark”ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla