Valyuta məzənnəsi
Xəbər lentİ

Ermənistan dünyanın ən təhlükəli ölkələri siyahısında

12:53, 14.04.17
azerbaycan, dunya
Ermənistan dünyanın ən təhlükəli ölkələri siyahısında

Dünya İqtisadi Forumunun (WEF) reytinq cədvəlində Ermənistan ən təhlükəli ölkələr sırasında 84-cü yeri tutub.

WEF-in ekspertləri bu məsələdə 136 ölkəni qiymətləndirib.

Xeberpress.az azvision.az-a istinadən xəbər verir ki, cədvəl müxtəlif amillər əsasında, biznes mühiti, təhlükəsizlik, sağlamlıq, qida, silahlı münaqişələrin mövcudluğu, cinayət və terror təhlükəsi səviyyəsinə görə hazırlanıb.

Finlandiya dünyanın ən təhlükəsiz ölkələrinin reytinq siyahısında birinci yerdə qərarlaşıb. İkinci yerdə BƏƏ, üçüncü yerdə İslandiya, 109-cu yerdə isə Rusiyadır.

Ekspertlər ən təhlükəli ölkələr kimi Kolumbiya (136), Yəmən (135) və Salvadoru (134) ön sıralarda göstərib. Ermənistan isə ən təhlükəli ölkələrin sırasında 84-cü yerdədir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla