Valyuta məzənnəsi
Xəbər lentİ

Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb

09:49, 10.04.17
azerbaycan, siyaset
Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb.

Xeberpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək "Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

"Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla