Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Əri qadını çamadanın içində qaçırmaq istəyəndə yaxalandı.

09:18, 28.06.16
azerbaycan, hadise
Əri qadını çamadanın içində qaçırmaq istəyəndə yaxalandı.

Fransa vətəndaşı öz həyat yoldaşını Polşaya çamadanın içində qaçırmaq istəyəndə yaxalanıb. EVERYTİME.AZ-ın “musavat.com”-a istinadən məlumatına görə, Polşa sərhədçiləri ər-arvadı qatardan düşürüblər.
Adı açıqlanmayan kişi bildirib ki, Rusiya vətəndaşı olan arvadını çamadanda ölkədən qaçırmaq istəməsinin özəl səbəbi olub. Belə ki, buna səbəb qadına Şengen vizasının verilməməsi olub. Bildirilib ki, sərhədçiləri kişinin hədsiz dərəcədə böyük çamadanı şübhələndirib. Onlar son vaxtlar bir çox vətəndaşların qeyri-qanuni yollarla ölkəni tərk etməyə cəhd etdiyini, amma ilk dəfədir ki, bu üsuldan istifadə etdiklərini deyiblər. Məlum olub ki, sərhədi keçəndə çamadandan gələn qəfil səs sərhədçiləri hərəkətə gətirib.
Çamadandan çıxarılan qadın özünü normal hiss etdiyini deyib, amma qəfil bir zərbə onun səsini çıxarıb yaxalanmasına səbəb olub. Həyat yoldaşını bu yolla ölkədən çıxarmaq istəyən kişinin 3 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla