Valyuta məzənnəsi

"Yəhudilərin tam əmin-amanlıq şəraitində yaşadıqları yeganə ölkə Azərbaycandır"- Fransa mətbuatı

10:07, 04.04.17
azerbaycan, medeniyyet
"Yəhudilərin tam əmin-amanlıq şəraitində yaşadıqları yeganə ölkə Azərbaycandır"- Fransa mətbuatı

Fransanın “l’Arche” iudaist jurnalında Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü və Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allalinin “Azərbaycan yəhudisi kimi xoşbəxt” məqaləsi dərc olunub.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə 2017-ci ildə yəhudilərin tam əmin-amanlıq şəraitində yaşadıqları yeganə ölkənin Azərbaycan olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, İsrailin dostu olan Azərbaycanda on minlərlə yəhudi yaşayır.

Azərbaycanın coğrafiyası və tarixi haqqında ətraflı məlumat verən müəllif ölkəmizdə bir çox milli azlıqların – ləzgilərin, gürcülərin saxurların, kürdlərin, tatların, udinlərin, avarların, inqloyların, ceklərin, ermənilərin və yəhudilərin yaşadığını qeyd edib. O, Bakı, Quba və Oğuzun yəhudi icmasından, eləcə də sinaqoqlardan söz açıb. Bildirib ki, Azərbaycanda yəhudi qadınlar assosiasiyası, gənclər təşkilatı fəaliyyət göstərir.

Məqalədə müsəlman ölkəsi olan Azərbaycanda Fransadan əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd edilib.

Jan-Pyer Allali, həmçinin Azərbaycan ilə İsrail arasındakı sıx münasibətlərə toxunaraq müxtəlif sahələrdə əməkdaşlıq sazişlərinin imzalandığını bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla