Valyuta məzənnəsi

Ermənistansayağı “demokratiya”- Azatutyun radiosunun müxbiri döyülüb

12:42, 03.04.17
azerbaycan, dunya
Ermənistansayağı “demokratiya”- Azatutyun radiosunun müxbiri döyülüb

Azatutyun radiosunun jurnalisti Sisak Qabrielyan seçki günü Yerevanın Kond meydanında hücuma məruz qalıb.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, müxbir seçicilərin səs vermək üçün məntəqələrə getməzdən öncə hakim “Ermənistan Respublika Partiyası”nın (ERP) namizədi Akob Beqlaryanın qərargahına girdiyini görüb. Qərargahdan çıxan bəzi seçicilərin əlində pul tutması jurnalistin diqqətini çəkib. İçəridə nə baş verdiyini aydınlaşdırmaq istəyən Sisak Qabrielyan da qərargaha daxil olub.

Qərargahdakı şəxslər jurnalisti gördükdə rüşvət faktını gizlədərək, guya əməkhaqqı payladıqlarını bildiriblər. Daha sonra bir qrup şəxs müxbirə hücum edərək onun telefonunu əlindən alıb.

Qarşıdurmada Azatutyun radiosunun jurnalistinə göz nahiyəsindən xəsarətlər yetirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla