Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Azərbaycanlı diaspor rəhbərinin obyektləri və maşınları partladıldı.

14:03, 27.06.16
azerbaycan, hadise
Azərbaycanlı diaspor rəhbərinin obyektləri və maşınları partladıldı.

Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində “Azərbaycan” Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.

EVERYTİME.AZ-ın məlumatına görə, Ş. Bəylərov açıqlama verərək bildirib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur.

Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş. Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.

Partlayış kənardan idarə olunan qurğu ilə törədilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla