Valyuta məzənnəsi

Bu gün görkəmli alim-onkoloq Cəmil Əliyevin doğum günüdür

14:33, 30.03.17
azerbaycan, medeniyyet
Bu gün görkəmli alim-onkoloq Cəmil Əliyevin doğum günüdür

Xeberpress.az xəbər verir ki, bu gün - 30 mart tarixində görkəmli alim-onkoloq, Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycanın və Rusiyanın Dağıstan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan, Rusiya və Gürcüstan Elmlər akademiyalarının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Cəmil Əziz oğlu Əliyevin ad günüdür. Akademik C.Əliyev süd vəzilərinin, baş və boynun, yumşaq toxumaların şişlərinin müayinəsi və müalicəsi sahəsində aparıcı mütəxəssislərdən biridir. O, Azərbaycanda süd vəzilərinin diaqnostikası və müalicəsi üzrə elmi məktəbinin və müasir kliniki onkologiyanın banilərindəndir. C.Əliyev Azərbaycanda onkologiya elmi məktəbinin yaradıcısı və rəhbəridir.

Akademik C.Əliyev Bakı və Moskva şəhərlərində dərc olunmuş 17 monoqrafiyanın (bunlardan biri ingilis dilindədir), tələbələr üçün vəsaitin, 10 ixtiranın, 600-ə yaxın dərc olunmuş elmi məqalələrin müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktorluğu və 40-dan çox tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub. Prezident İlham Əliyevin 2016-cı il 28 mart tarixli Sərəncamı ilə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə C.Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla