Valyuta məzənnəsi

Veteranlarımız Papaya müraciət edərək,faşistlərə İrəvanda heykəl qoyulmasına qarşı çıxıblar.

16:48, 25.06.16
azerbaycan, siyaset
Veteranlarımız Papaya müraciət edərək,faşistlərə İrəvanda heykəl qoyulmasına qarşı çıxıblar.

Azərbaycan Respublikasının İkinci Dünya müharibəsi veteranları Roma Papası Fransiskə müraciət qəbul ediblər. Veteranlar regionda sülh, əmin-amanlıq və firavanlıq naminə Papanın Ermənistan səfərinin uğurlu olmasını arzu ediblər. Bununla yanaşı onlar Papanın diqqətini Ermənistanda baş verən, dinc yanaşı yaşamaq ideyalarına təhlükə yaradan və sizin müqəddəs missiyanıza zidd olan hadisələrə cəlb etmək istəyiblər.

"Azərbaycan və Vatikan sivilizasiyalar və dinlər arasında dialoq naminə əməkdaşlığın əyani nümunəsini dünyaya nümayiş etdirdikləri şəraitdə bizimlə qonşu Ermənistanda faşist ideyaları dövlət səviyyəsində təbliğ edilir. Biz, İkinci Dünya müharibəsi veteranları hələ keçən il, faşizm üzərində tarixi Qələbənin 70 illik yubileyi ərəfəsində Hitler nasizminin əlaltılarının Ermənistan tərəfindən qəhrəmanlar kimi qələmə verilməsinin çox ciddi narahatlıq doğurduğunu bəyan etmişdik. Ermənistan Hitlerin və Gimmlerin yaxınlarını, erməni SS cəza legionunun rəhbərləri, general Dro və general Njde adları ilə məşhur olan Drastamat Kanayanı və Qaregin Ter-Arutyunyanı təmizə çıxarmaq üçün bütün vasitələrdən istifadə edir".

Onlar deyiblər ki, Ermənistanın bu “milli qəhrəman”larının əli ilə Ukraynada və Polşada 10 minlərlə insanın həyatına son qoyulub, yəhudilərə və nasist ideologiyası üçün “yararlı olmayan” başqa xalqlara qarşı cinayətlər törədilib, onlar hitlerçi cəza düşərgələrində kütləvi şəkildə qətlə yetiriliblər. Erməni legionunun özünün hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin məhv edilməsi təsdiqlənir.

"İrəvanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Drastamat Kanayanın adını daşıyan küçə də var. İndi Yerevanın lap mərkəzində, hökumət binaları kompleksi və Ermənistanın hakim pariyasının qərargahı ilə yanaşı, Njdenin heykəli də ucaldılıb. Məgər bu, həlak olanların xatirəsinin təhqir edilməsi deyilmi?! Məgər bu, faşizm qurbanlarına həyasızcasına hörmətsizlik deyilmi?!

Biz, faşizmə qarşı müharibənin bütün ağrı-acılarını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar indi nasist canilərin qəhrəmanlar kimi təqdim olunmasını ürək ağrısı ilə müşahidə edirik. Ermənistanın bu hərəkətləri bütün dünyaya meydan oxumaq deməkdir. Bu hərəkətlər bizi hiddətləndirir.

Biz çox ümid edirik ki, Zati-aliniz bizim səsimizi eşidəcək, buna görə Sizdən səmimi qəlbdən xahiş edirik, nasist canilərə bəraət qazandırmaq və onları şöhrətləndirmək cəhdlərinin qarşısını almaq, o cümlədən Hitlerin əlaltısı, faşist ordusunun generalı Qaregin Njdenin heykəlinin sökülməsi məqsədilə Ermənistan rəhbərliyinə təsir göstərin".

Müraciəti hazırlayanlar arasında aşağıdakılar var:

Rzayev Dadaş Qərib oğlu – Respublika Veteranlar Təşkilatının sədri, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan general-mayor;

Ağahüseynov Tofiq Yaqub oğlu –Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, müharibə veteranı, ehtiyatda olan general-polkovnik, “Qırmızı Ulduz” ordeni ilə təltif edilib;

Səmədov Ağadadaş Əbdülqasım oğlu – müharibə veteranı, “Şərəf” ordeninin üç dərəcəsi ilə təltif edilib;

Rzayeva Mariya Stepanovna – müharibə veteranı, 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib;

Qritçenko Aleksandr Aleksandroviç – müharibə veteranı, 1-ci dərəcəli kapitan, “Şərəf” ordeni ilə təltif edilib;

Qədimova İrina İvanovna – Leninqrad blokadaçısı, universitet müəllimi;

Fərəcov İsmayıl Mövsüm oğlu – müharibə veteranı, Nəsimi rayonu Veteranlar Təşkilatının sədri;

Sarıyev Qara Əli oğlu – müharibə veteranı, professor;

Cəfərova Sofiya Həşim qızı – müharibə veteranı, istefada olan polis polkovniki;

İbrahimov İsmayıl Əli oğlu – akademik, müharibə veteranı, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, Sosialist Əməyi Qəhrəmanı;

Hüseynov Bahadur Məmmədqulu oğlu - müharibə veteranı, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor;

Xəlilov Cəlil Malik oğlu – müharibə veteranı, Respublika Veteranlar Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan polkovnik;

Moxin Lev Mixayloviç – müharibə veteranı;

Şevtsov Vasiliy Romanoviç – müharibə veteranı;

Hacıyev Atabala Həzi oğlu - müharibə veteranı, “Lenin” ordeni ilə təltif edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla