Valyuta məzənnəsi
Xəbər lentİ

Hava yenə soyudu, qar gəlir...

12:49, 17.03.17
azerbaycan, cemiyyet
Hava yenə soyudu, qar gəlir...

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Xeberpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla