Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Cərrah Valeh Kərimov həkimlik fəaliyyətindən müvəqqəti uzaqlaşdırılıb.

17:37, 24.06.16
azerbaycan, hadise
Cərrah Valeh Kərimov həkimlik fəaliyyətindən  müvəqqəti uzaqlaşdırılıb.

Xəstənin ayağını səhv kəsən cərrah həkim Valeh Kərimov həkimlik fəaliyyətindən müvəqqəti uzaqlaşdırılıb.

Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün yaradılmış Komissiyanın qərarı verilənə kimi Valeh Kərimova heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılır: " Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm".

Qeyd edək ki, Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrah həkimi Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Əliyevanın iltihablı ayağı yerinə səhvən sağlam ayağını kəsib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla