Valyuta məzənnəsi
Xəbər lentİ

Məşhur reper Snoop Dogg Trampa atəş açdı

12:44, 14.03.17
azerbaycan, hadise
Məşhur reper Snoop Dogg Trampa atəş açdı

Dünyanın ən məşhur reperlərindən biri, amerikalı Snoop Dogg böyük qalmaqal yaradıb. Məsələ yenə də marixuanada deyil. 45 yaşlı reper bu dəfə klipində ABŞ prezidenti Donald Trampa atəş açıb.

Xeberpress.az-ın məlumatına görə, Milli.Az USA Today-ə istinadən bildirir ki, "Lavender" mahnısına çəkilmiş klipin əvvəlində reper kloun Trampa atəş açır.

Kloun obrazında olan ABŞ prezidenti "ölkədəki bütün itləri qovacağını" deyir, nəticədə də reper onu cəzalandırır.

"Mənə elə gəlir ki, çox insan mahnı bəstələyir, klip çəkir, əylənir, amma onlardan kimsə real problem barədə, prezident kürsüsündə oturmuş təlxək haqqında düşünmür", - reper deyib.

Snoop Dogg-un sözlərinə görə, real iş görmək istəyib: "Səsləri olmayan insanlara səs vermək istədim".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla