Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Həkim səhvən xəstənin sağlam ayağını kəsdi.

15:56, 24.06.16
azerbaycan, hadise
Həkim səhvən xəstənin sağlam ayağını kəsdi.

Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.

EVERYTİME.AZ-ın məlumatına görə, bu barədə xəstənin yaxınları xəbər verib.

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, - deyə mərkəzin baş həkiminin katibəsi bildirib.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə məsələ ilə bağlı nazirlik tərəfindən xüsusi Komissiya yaradılıb, araşdırma aparılır. Həmçinin hüquq-mühafizə orqanları da bu işə cəlb olunub. Hər iki tərəfin apardığı araşdırmalardan sonra nəticə ictimaiyyətə açıqlanacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla