Valyuta məzənnəsi
Xəbər lentİ

Qəza zamanı həlak olan tələbənin bu ay toyu olacaqdı

11:59, 10.03.17
azerbaycan, hadise
Qəza zamanı həlak olan tələbənin bu ay toyu olacaqdı

Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı həlak olan tələbə Roza Muradovanın atasının bu xəbəri eşitdikdən sonra infarkt keçirərək vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

Xeberpress.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova azvision.az-a bildirib ki, yayılan məlumatlar doğru deyil.

SDU-nun rəsmisi qeyd edib ki, ötən gün universitet rəhbərliyi yas mərsimində iştirak edib və tələbənin atası orada olub.

N.Cəlilovanın sözlərinə görə, Bakı-Sumqayıt yolunda baş verən mikroavtobus qəzası zamanı həlak olan tələbə Roza Muradova nişanlı olub və bu ay onun toyu olacaqdı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla