Valyuta məzənnəsi
Xəbər lentİ

İlham Əliyev və Serj Sarkisyanın yeni görüşünün təşkili planlaşdırılır.

09:08, 24.06.16
azerbaycan, siyaset
İlham Əliyev və Serj Sarkisyanın yeni görüşünün təşkili planlaşdırılır.

“ATƏT-in Minsk qrupunun həmsədrləri qısa müddət ərzində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın yeni görüşünün təşkilini planlaşdırır”.

EVERYTİME.AZ-ın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik deyib.

“Növbəti görüşün təsdiq olunmuş tarixi hələlik olmasa da, lakin ABŞ, Rusiya və Fransa həmsədr-ölkələr olaraq, prezidentərin yeni görüşünün mümkün dərəcədə tezliklə təşkilinə çalışırlar”, - deyə Uorlik bildirib.

Uorlikin sözlərinə görə, Qarabağ münaqişəsi tərəfləri nizamlanma üçün etimad mexanizmlərinin formalaşdırılmasını təmin etməyə yönəliblər.

Prezidentlərin son görüşü Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburq şəhərində baş tutub. Görüş zamanı atəşkəsin möhkəmləndirilməsi və cəbhə xəttində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı qərarlar qəbul edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla