Valyuta məzənnəsi
Xəbər lentİ

Qar uçqunu altında qalan ailə - YENİLƏNİB

14:21, 23.02.17
azerbaycan, hadise
Qar uçqunu altında qalan ailə - YENİLƏNİB

Lerik rayonunda qar uçqunu baş verib.

Xeberpress.az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur. Onun həyat yoldaşı, gəlini və 3 körpə nəvəsi ölüb

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla