Valyuta məzənnəsi
Xəbər lentİ

Beynin inkişafına təsir edən qidalar.

21:54, 27.11.15
azerbaycan, cemiyyet
Beynin inkişafına təsir edən qidalar.

Qida mütəxəssisləri elmi araşdırmalarla beynin inkişafına daha çox töhfə verən qidaları müəyyən edib.

Yumurta. Beyinin qatı qismi yağdan ibarət olduğu üçün yağla təmin edilməsi vacibdir. Beyində yaddaşın yaradılması, davam etdirilməsinə kömək edən sinapsinin (xromosomların birləşməsi) yaranması üçün yağ vacibdir.

Bibər hafizəni gücləndirir, beyin yorğunluğunu yox edir. Uzunmüddətli hafizəni 15 faiz inkişaf elətdirir.

Çiyələyin tərkibində olan fisetin maddəsi hafizə itkisinin təsirlərini yox edir, ağıl itirilməsini gecikdirir.

Şokolad tərkibindəki maqnezium və antioksidan baxımından beyinə oksigen daşıyaraq, daha yaxşı çalışmasını təmin edir.

B vitamin qaynağı ola taxıllar qan şəkərini tənzimləyir.

Kartof qan şəkərini nizamlı şəkildə yüksəldərək zəkanın daha məhsuldar çalışmasına kömək edir.

Qatığın tərkibindəki tirozin maddəsi hafizəni gücləndirir, beyinə xəbərdarlıq edir.

Üzüm suyu dopamin ifrazını artıraraq, problemin həll edilməsini asanlaşdırır.

Lif və protein qaynağı olan lobya uşaqlarda zəkanı inkişaf elətdirir.

Xüsusən pomidor, kök və qırmızı bibərdə olan antioksidan beynin daha uzun müddət sağlam qalmasına kömək edir.

Hər gün müntəzəm olaraq səhər yeməyi yeyənlərin digərlərindən fərqli olaraq, daha uğurlu və məhsuldar olduğu bildirilir. Günə başlayarkən süd, pendir, yumurtadan ibarət səhər yeməyi daha məhsuldar olmanıza kömək edir.

Qoz, fındıq, yerfındığı kimi sinirləri sakitləşdirən qidalar yemək məsləhətdir. Diqqəti artırır.

Yağsız qırmızı ət dəmir qaynağıdır və beynin inkişafı üçün əhəmiyyətlidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla